İsmayıllıda kişi meyiti aşkarlanıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Şirvan kanalının İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində itkin düşmüş kimi hesab edilən, Göyçay şəhər sakini, 1948-ci il təvəllüdlü Quliyev Tahir Qəfər oğlunun meyiti tapılıb. Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Ölümün dəqiq səbəbi və hadisənin digər təfərrüatları araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.