Göyçayda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alpoud kəndində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yerə yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.