Ağdaşda kişi arvadı və oğlunu bıçaqlayıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F. Əhmədova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.