ABŞ Prezidenti Donald Tramp gələn ildən Kanadadan idxal olunan avtomobillər, yük maşınları, avtomobil hissələri və polad üçün gömrük rüsumlarının 50 faizə qaldırılacağını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı məlumatda iki ölkə arasındakı 60 milyard dollarlıq ticarət kəsirinin davam etdirilməsinin mümkün olmadığını bildirib. O, yeni tariflərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini qeyd edib. Tramp ABŞ-da istehsal olunan məhsullara isə sıfır tarif tətbiq ediləcəyini vurğulayıb. ABŞ prezidentinin sözlərinə görə, Kanada ticarət və digər sahələrdə əməkdaşlıq baxımından çətin tərəfdaşlardan biridir. Tramp həmçinin ABŞ-nin Kanadaya ehtiyacının olmadığını, əksinə, Kanadanın ABŞ-dan daha çox asılı olduğunu iddia edib. Onun sözlərinə görə, Kanadanın xarici ticarətinin 95 faizi ABŞ ilə həyata keçirilir.