"Sumqayıt” futbol klubu Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib.

Metbuat.az xəbər verir ki, xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, futbolçu ilə “1+2” illik müqavilə imzalanıb.25 yaşlı vinger “Sumqayıt”da 11 nömrəli forma ilə çıxış edəcək.

Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, “Trua”, “Po” və “Qrenobl” komandalarının formasını geyinib. Futbolçu Burkina-Faso millisində isə 9 oyun keçirib.