Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.
Metbuat.az xəbər verir ki, bu barədə C.Bayramovun "X" hesabında paylaşım edilib:
"Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir".
Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.