“Trabzonspor”da baş məşqçi vəzifəsinə gətirilən Tomas Reis üçün imza mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, almaniyalı mütəxəssis “Trabzonspor”la 2 illik müqavilə imzalayıb. Yeni baş məşqçi bildirib ki, onun əsas fəlsəfəsi “az danışmaq, çox işləmək” prinsipinə əsaslanır. Almaniyalı çalışdırıcı “Trabzonspor”un azarkeşlərinin yaratdığı atmosferi yaxşı bildiyini və komandanın meydanda mübarizə, intizam və yüksək intensivlik nümayiş etdirməli olduğunu söyləyib. Reis həmçinin 1997-ci ildə futbolçu kimi “Trabzonspor”la “Bohum” arasındakı qarşılaşmaları xatırladıb və həmin oyunların onun üçün xüsusi xatirə olduğunu bildirib.

Baş məşqçi əlavə edib ki, məqsədi “Trabzonspor”la yeni tarix yazmaqdır.