İraqda gizlənən PKK liderlərindən Cemil Bıyık Türkiyəni hədəf alan açıqlamalarla çıxış edib.
Metbuat.az xarici mediaya istinadan xəbər verir ki, Bıyık hazırda İmralı adasında cəza çəkən PKK lideri Abdullah Öcalana azadlıq tələb edib: “Öcalan məhbəsdən çıxmayana kimi silahı yerə qoymayacayıq. Apo sərbəst qalmasa, Türkiyəyə dönməyəcəyik. Türkiyə ilə savaşa hazırıq”.
Məşhur terrorçu rəsmi Ankaranı qanunları dəyişməyə çağırıb. O, PKK üzvlərinin Türkiyəyə qayıdıb siyasətlə məşğul olması üçün şərait yaradılmasını tələb edib.
Cemil Bıyık həmçinin PKK üzvü olduğu üçün həbs edilən terrorçuların azadlığa buraxılmasının danışıqlar prosesinə müsbət təsir göstərəcəyini vurğulayıb.