Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin "X"dəki hesabında paylaşım olunub.

"Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik", - paylaşımda qeyd olunub.