Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saat 14:00 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını digər hərəkət iştirakçısı olan mopedlə toqquşub. İlkin verilən məlumata görə, hadisə nəticəsində mopedin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.