Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Arda Gülerə jest edib.
Metbuat.az xəbər verir ki, Hakan Çalhanoğlu zədə səbəbindən qarşıdakı oyunlar üçün heyətə daxil edilməyib. Təcrübəli futbolçu 10 nömrəli formasını Arda Gülerə verib. Məlumata görə, Arda Güler Fransa ilə keçiriləcək qarşılaşmada 10 nömrəli forma ilə meydana çıxacaq. Çalhanoğlunun bu jesti gənc futbolçu tərəfindən də yüksək qiymətləndirilib. Arda Güler Hakan Çalhanoğlunun ona verdiyi formanı sosial media hesabında paylaşaraq bu jesti izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasının A qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.