İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi BMT Baş Assambleyası çərçivəsində ABŞ ilə keçirilən təmasların Qətərin vasitəçiliyi ilə baş tutduğunu bildirib.
Metbuat.az xəbər verir ki, tərəflər arasında birbaşa deyil, vasitəçilər üzərindən danışıqlar aparılıb. Bəqayi qeyd edib ki, təmaslar bütün cəbhələrdə müharibənin sona çatdırılması, ABŞ-nin hücumlarının və dəniz blokadasının dayandırılması, eləcə də dondurulmuş İran aktivlərinin sərbəst buraxılması ilə bağlı Tehranın şərtlərinin çatdırılması məqsədi daşıyıb.
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da təmasların vasitəçilər üzərindən aparıldığını açıqlayıb.