Fransalı aktyor və rejissor Arno Denis 43 yaşında Belçikada ötanazi ilə həyatını sonlandırıb. Onun bu qərarı qasıq yırtığı əməliyyatından sonra başlayan və aylarla davam edən ağır sağlamlıq problemləri ilə əlaqələndirilir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Denis 2023-cü ildə sağ qasıq yırtığı səbəbilə əməliyyat olunub. Əməliyyat zamanı bədəninə polipropilen tor implant yerləşdirilib. Bundan sonra aktyorun səhhətində ciddi problemlər yaranıb. İmplant 2024-cü ilin aprelində ABŞ-da çıxarılsa da, onun ağrıları və digər sağlamlıq problemləri davam edib.
Denisin vəkili Filip Kurto bildirib ki, aktyor aylarla şiddətli ağrılar çəkdikdən sonra ötanazi qərarı verib. Onun sözlərinə görə, Namur şəhərində üç həkimlə aparılan görüşlərdən sonra bu qərar qəbul edilib. Vəkil aktyorun artıq bədəninə nəzarəti itirdiyini və vəziyyətinin dözülməz həddə çatdığını deyib.
“Tehlikeli İlişkiler” və “Bilmiş Kadınlar” kimi teatr tamaşaları ilə tanınan Denis daha əvvəl verdiyi müsahibələrdə xəstəliyin həyatını ciddi şəkildə məhdudlaşdırdığını söyləmişdi. Aktyor evdən çıxa bilmədiyini, sosial həyatının olmadığını və əvvəlki həyatından əsər-əlamət qalmadığını bildirmişdi.
Denis 2026-cı ilin yanvarında tibbi müdaxilə ilə bağlı Paris prokurorluğuna şikayət də etmişdi. Lakin avqustun sonunda araşdırma cinayət tərkibinin kifayət qədər əsaslandırılmadığı bildirilərək dayandırılıb.
Aktyorun vəkili onun ölümünün aylarla davam edən ağır ağrıların nəticəsi olduğunu açıqlayıb.