"Formula 1" üzrə Azərbaycan Qran-Prisində Aleks Albon qəza edib.
Metbuat.az xəbər verir ki, yarışın 30-cu dövrəsində Albon idarə etdiyi bolidlə divara çırpılıb.
Hadisədən sonra yarışın gedişində vəziyyət dəyişib və təhlükəsizlik avtomobili trasa çıxıb.
Yaranmış fürsətdən istifadə edən Pyer Qasli, Kimi Antonelli və Lando Norris pit-stopa daxil olaraq yumşaq təkərlərə keçiblər. Oliver Berman, Esteban Okon, Arvid Lindblad və Qabriel Bortoleto da pit-stop ediblər.
Qəza baş verənədək Corc Rassell yarışa liderlik edir və Oskar Piastri ilə arasındakı fərqi 11,1 saniyəyə çatdırmışdı. “Safety Car”ın trasa çıxması isə pilotlar arasındakı fərqlərin azalmasına və yarış strategiyalarının dəyişməsinə səbəb olub.