"Formula 1" üzrə Azərbaycan Qran-Prisində mübarizə davam edir. Yarışın 18-ci dövrəsinə olan məlumata görə, Corc Rassell liderliyini möhkəmləndirib.

Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, Rassell ikinci pillədə qərarlaşan Oskar Piastri ilə fərqi 7,6 saniyəyə çatdırıb.

Piastri isə Maks Ferstappenin təzyiqinə baxmayaraq mövqeyini qoruyur. Niderlandlı pilot xüsusilə trasın orta sektorunda “McLaren”in arxasında vaxt itirir. Yarışın 17-ci dövrəsində isə Lyuis Hemilton hücuma keçərək birinci döngədə Lando Norrisi geridə qoyub və 6-cı pilləyə yüksəlib. Bundan əvvəl Norris 6-cı döngədə səhvə yol versə də, həmin anda Hemiltonun hücumunun qarşısını ala bilmişdi. Kimi Antonelli də Oliver Bermanı keçərək 10-cu yerə yüksəlib.

Hazırda lider Rassell üçün yarışın gedişatı əlverişli görünür, onun arxasında isə Piastri və Ferstappen arasında mövqe uğrunda mübarizə davam edir.