“Real Madrid” “Atletiko Madrid” matçından sonra klub rəhbərliyi qarşılaşmanın hakimliyinə və La Liqa prezidenti Xavyer Tebasa sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in yaydığı açıqlamada Tebasın klub haqqında ictimaiyyət qarşısında davamlı şəkildə tənqidi fikirlər səsləndirməsi qəbuledilməz hesab olunub. Açıqlamaya görə, prezident bütün La Liqa klublarının maraqlarını qorumaq əvəzinə “Real Madrid”i hədəfə alıb. Bildirilib ki, onun klubun idman strategiyasını müzakirə etməsi yolverilməz və məsuliyyətsiz davranışdır. “Real Madrid” açıqlamasında La Liqa rəhbərinin liqanın tərəfsizliyinə xidmət etmək əvəzinə, şəxsi kanallarından istifadə edərək klubu ictimaiyyət qarşısında nüfuzdan salmağa çalışdığını qeyd edib.

Qeyd edək ki, “Atletiko Madrid” - “Real Madrid” matçı 2-1 hesabı ilə yekunlaşıb. Matçda hakimin bəzi qərarları müzakirə edilib.