Son dövrdə köhnə tikililərdə mənzillərin qiyməti 7-8 faiz, yeni tikililərdə 11 faiz, tikinti mərhələsində olan layihələrdə isə 13-14 faiz artıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.O bildirib ki, daşınmaz əmlak bazarında bahalaşma davam edir.

Torpaq bazarında bahalaşma təxminən 17 faiz təşkil edib. Söküntü və abadlaşdırma aparılan ərazilərdə isə qiymət artımının 30-35 faizə çatması mümkündür.

Ekspert bildirib ki, eyni ərazidə köhnə binalarda kvadratmetrin qiyməti 1500 manat olduğu halda, yeni tikililərdə bu göstərici 2200-2500 manata çata bilər. Bahalaşmanın əsas səbəbləri tikinti xərclərinin artması və yüksək tələbatdır.