“Ferrari”nin pilotu Şarl Lekler Formula 1-də rəqiblərindən birinin bu mövsüm göstərdiyi yüksək performansı şərh edib.

Metbuat.az xəbər verir ki, Lekler pilotun uğurunun arxasında hansı konkret amilin dayandığını müəyyənləşdirməyin çətin olduğunu bildirib.

“Kaş ki, mən də bunun sirrini biləydim. O, çox yaxşı nəticə verən bir şey edir. Hələ aşağı yarış kateqoriyalarında çıxış etdiyi vaxtdan xüsusi istedada sahib olduğu görünürdü. Formula 1-də ilk mövsümündə müəyyən çətinliklər yaşasa da, indi çox yüksək səviyyədə çıxış edir”, – deyə Lekler bildirib.

Monakolu sürücü qeyd edib ki, komandalar digər pilotların göstəricilərini və məlumatlarını təhlil etsələr də, onların avtomobildən maksimum nəticəni necə əldə etdiklərini tam müəyyənləşdirmək asan deyil.

“Onun sürüşü limitdə görünür, amma buna baxmayaraq, hər şeyi nəzarətdə saxlamağı bacarır. Bu mövsüm indiyədək göstərdiyi performans çox təsiredicidir”, – “Ferrari” pilotu əlavə edib.