“McLaren” pilotu Oscar Piastri Kimi Antonellinin güclü çıxışları barədə danışıb.
Metbuat.az xəbər verir ki, Piastri “Mercedes” pilotunun sürüş tərzinin hazırkı Formula 1 bolidlərinə çox yaxşı uyğun gəldiyini bildirib.
“Kimi son dərəcə istedadlıdır. O, inanılmaz pilotdur və bütün karyerası ərzində sürətli olub. Düşünürəm ki, onun sürüş tərzi ötən illə müqayisədə çox dəyişməyib. Sadəcə, hazırkı bolidlər onun sürüş tərzinə çox uyğun gəlir”, – Piastri deyib.
Avstraliyalı pilot əlavə edib ki, Antonelli ötən mövsüm də güclü çıxışlar edib və onun təbii sürüş üslubu mövcud reqlamentlərə yaxşı uyğunlaşır.