Formula 1 pilotları Kimi Antonelli və Oscar Piastri yeni bolidlərə uyğunlaşma prosesi və maşınların xüsusiyyətləri barədə fikirlərini bölüşüblər.
Metbuat.az xəbər verir ki, Antonelli Formula 1-də əsas çətinliklərdən birinin test və məşq imkanlarının məhdud olması olduğunu bildirib. O qeyd edib ki, pilot yeni maşına uyğunlaşmaq üçün yarış həftəsonlarında həm bolidi öyrənməli, həm müxtəlif yanaşmaları sınamalı, həm də nəticə və xal qazanmağa çalışmalıdır.
Antonellinin sözlərinə görə, eyni texniki reqlamentlər qüvvədə olsa belə, bolidlərin xüsusiyyətləri ildən-ilə ciddi şəkildə dəyişə bilər. Təkərlərdəki dəyişikliklər də pilotun maşına uyğunlaşmasına təsir göstərir.
“İrəliləyiş əldə edəcəyimizə əminəm. Bəzi həftəsonları digərlərindən daha yaxşı olacaq. Ancaq uyğun yolu tapacağımıza inanıram”, – deyə pilot vurğulayıb.
Oscar Piastri isə komanda yoldaşının bolidə yanaşması və sürüş tərzindən danışıb. O, digər pilotun maşına tez uyğunlaşmasının və bolidin zəif tərəflərini müəyyən edə bilməsinin diqqətçəkən olduğunu bildirib.
Piastri qeyd edib ki, fərqli sürüş yanaşmalarını müşahidə etmək pilot üçün yeni istinad nöqtələri yarada və bolidin imkanlarını daha yaxşı anlamağa kömək edə bilər.