Ukrayna öz istehsalı olan FP-9 ballistik raketinin hazırlanmasını bu payız başa çatdırmağı planlaşdırır.

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, “Fire Point” şirkətinin hazırladığı raketin uçuş məsafəsi Moskvaya çatmağa imkan verəcək.

Qeyd edək ki, Ukrayna bu həftə FP-7 ballistik raketindən ilk dəfə döyüş şəraitində istifadə etdiyini açıqlayıb. Raketin uçuş məsafəsi təxminən 250 kilometrdir.