Mingəçevirdə qadın kəsici alətlə xəsarət alıb.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, Mingəçevirdə 46 yaşlı Qasım Quliyev arvadı Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirib.
Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra Q.Quliyev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.