Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzil yanır.
Metbuat.az xəbər verir ki, hadisə qəsəbədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.