Milli Məclisdə Azərbaycançılıq İnstitutunun yaradılması təklifi irəli sürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin oktyabrın 13-də keçirilən plenar iclasındakı çıxışında danışıb.

Deputat qeyd edib ki, Azərbaycana qarşı hibrid hücumları nəzərə alındıqda, belə bir institutun yaradılmasına böyük ehtiyac olduğu görünür: "Əminəm ki, belə bir institut milli ideologiyanın məzmununun zənginləşməsinə mühüm töhfə verə bilər".