Goranboydakı qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az xəbər verir ki, 74 yaşlı Qələndər Muradovun öldürülməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Orxan Həsənov üçüncü dərəcəli əqli qüsurlu şəxsdir. O, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

13:45

Goranboyda güllələnmə hadisəsi baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, rayon sakini 1952-il il təvəllüdlü Q.Muradov 1995-ci il təvəllüdlü O.Həsənov tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb.

Faktla bağlı araşdırma aparılır.