Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli yeni departament rəhbəri təyin edib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Azər Çələbi AAYDA-da Nəqliyyat və istehsalat obyektlərinin idarə edilməsi departamentinin müdiri təyin olunub.

Qeyd edək ki, A.Çələbi daha əvvəl Dövlət Sosial Müdafiə Fondunun Satınalmaların təşkili və təchizat departamentinin müdir müavini vəzifəsində çalışıb.