Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi itkilərini nəzərdə tutan sülh razılaşmasını qəbul etməyə hazır olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Zelenski “Fox News” telekanalına müsahibəsində hazırkı cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını müharibənin başa çatdırılması üçün real yol kimi qiymətləndirib. O, jurnalistin mövcud cəbhə xətti əsasında sülh razılaşmasını qəbul edib-etməyəcəyi ilə bağlı sualına müsbət cavab verib. Ukrayna lideri hazırkı vəziyyətin dondurulmasının vacibliyini vurğulayıb.

Zelenski Kiyevin ölkə ərazisinin 75 faizini və ya daha çoxunu nəzarətdə saxladığı, mövcud vəziyyətin qorunduğu sülh razılaşmasını qəbul edə biləcəyini qeyd edib.