Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsini müzakirə edir.
Metbuat.az xəbər verir ki, parlamentin müzakirəsinə Prezident İlham Əliyev tərəfindən ombudsman vəzifəsi üçün Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb.
Qeyd edək ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.