Azərbaycanlı həkim Elnur İmanov Qırğızıstanda yeni vəzifəyə təyin olunub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin edilib.

Bununla yanaşı, E.İmanov Oş şəhərində yerləşən tibb universitetində və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda uşaq kardiologiyası üzrə müəllim vəzifəsinə də təyin olunub.

Azərbaycanlı həkim xarici ölkədə nazirin müşaviri oldu -