Sosial müavinətlərin və təqaüdlərin bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Qeyd edək ki, ötən ay üzrə sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları oktyabrın 23-də ödənilib.