“İŞİD” girov götürdüyü Yaponiya vətəndaşlarına görə 200 mln. dollar tələb edir

16:42 20 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 16:36 ]


Bakı - APA. “İŞİD” girov götürdüyü iki Yaponiya vətəndaşının azadlığa buraxılması üçün 200 mln. ABŞ dolları tələb edir.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “İŞİD” silahlıları tərəfindən internetdə dərc olunan videoda qeyd olunur.

 

Bundan başqa, terrorçular Yaponiya hökumətinə ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasına göstərdiyi dəstəkdən imtina etməsi 72 saat vaxt verib.

 

Qeyd edək ki, bir müddət öncə “İŞİD” Haruna Yukava və Kendzi Hoto adlı Yaponiya vətəndaşlarını girov götürdüyünü bəyan edib.

 

Yaponiyanın baş naziri Sindzo Abe yanvarın 17-də bəyan edib ki, onun rəhbərlik etdiyi hökumət “İŞİD” ilə mübarizə aparan ölkələrə 200 mln. dollar ayrılacağı barədə qərar verib. Baş nazir həmçinin “İŞİD” tərəfindən girov götürülən vətəndaşların azad olunmasını tələb edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR