Zərdabda ümumrayon anma mərasimi

Zərdabda ümumrayon anma mərasimi
16:43 20 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+


Zərdab, 20 yanvar, AzərTAc 
Yanvarın 20-də Zərdabda Sovet imperiyasının Bakıda törətdiyi qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, rayon rəhbərlərinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldıqları mərasimin iştirakçıları səhər saatlarında Şəhidlər parkına gələrək burada ucaldılan abidənin önünə qərənfillər qoyub, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra mərasim iştirakçıları parkda təşkil edilən və 20 Yanvar faciəsini əks etdirən foto, rəsm və kitab sərgisi ilə tanış olublar.
Anma mərasimində çıxış edənlər Bakıya qoşun yeridilməsinin, dinc, əliyalın insanlara qarşı törədilən qırğının nəinki bir xalqa, bütövlükdə bəşəriyyətə qarşı törədilən cinayət olduğunu söyləyiblər. Vurğulanıb ki, törədilmiş cinayət, tökülmüş nahaq qanlar heç də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə daha da alovlandırdı.
Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda savaşda Zərdab rayonundan 140 nəfər gəncin şəhid, 90 nəfərin isə əlil olduğu bildirilib. Qeyd olunub ki, şəhidlərdən 95 nəfərinin adı əbədiləşdirilib, məktəb və küçələrə onların adları verilib.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə çiçəklənən, qüdrətlənən Azərbaycanın uğrunda şəhid olan insanların ruhuna layiqli töhfə olduğunu da dilə gətiriblər.
Həmin gün rayon ərazisindəki məscidlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan süfrələri açılıb, onların ruhuna dualar oxunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdabda_umumrayon_anma_merasimi-826116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR