Rusiyanin taninmis yazici-publisisti: "Qorbacov Bakiya qosun yeridilmesi emrini bilerekden sifahi vermisdi ki, sonra mesuliyyetden boyun qacira bilsin"

Rusiyanin taninmis yazici-publisisti: "Qorbacov Bakiya qosun yeridilmesi emrini bilerekden sifahi vermisdi ki, sonra mesuliyyetden boyun qacira bilsin"
17:27 20 Yanvar 2015
203 Digər
Ölkə mətbuatı
A- A+

“Sumqayit hadiseleri deyil, azerbaycanlilarin Qafandan cixarilmasi Ermenistanla Azerbaycan arasinda ziddiyyetlerin alovlanmasi ucun ilk tekan oldu”
Milli.Az Rusiyanin taninmis yazici-publisisti, “Zavtra” qezetinin bas redaktoru, “Izborskiy” klubun sedri Aleksandr Proxanovun APA-ya musahibesini teqdim edir.
 
- Bezi quvveler Qarabag hadiselerinin Sumqayit hadiselerinden baslandigini iddia edir. Siz yegane qeyri-azerbaycanli mutexessissiniz ki, ilk defe Qarabag hadiselerinin Sumqayitdan deyil, mehz Qafandan baslandigini bildirirsiniz. Bunun sebebi nedir?
 
- Men hadiselerin canli sahidi kimi heqiqeti demeye borcluyam. Butun bunlari sexsi tecrubemden deyirem. Hadiseler baslayan zaman men Ermenistanin Qafan rayonunda oldum. Hemin vaxt Qafanda yasayan azerbaycanlilar ermeniler terefinden mecburen ata-baba yurdlarindan cixarilirdilar. Baxmayaraq ki, Azerbaycan da, Ermenistan da menim ucun dogmadir, amma men heqiqeti demeliyem. Qafandan azerbaycanlilarin cixarilmasi uzun iller yigilib qalan Ermenistanla Azerbaycan arasinda ziddiyyetlerin, Dagliq Qarabag konfliktinin alovlanmasi ucun ilk tekan oldu. Fikrimce, SSRI rehberliyi, basda Mixail Qorbacov olmaqla bu ziddiyyetin alovlanmasinin qarsisini ala bilerdi. Azerbaycanlilarin Ermenistandan mecburen cixarilmasinin, qisin soyugunda kucelere atilmasinin qarsisini almaq ucun Qorbacov derhal tedbir gormeli idi. Amma bilerekden ve qesden bunun qarsisi alinmadi. Ermenilere guclu destek verildi. Ve nehayet Ermenistandan-Qafandan didergin dusen ve intiqam hissi ile alisib yanan azerbaycanlilar Sumqayita yerlesdirildiler. Haqsizliga ugramis Qafan azerbaycanlilari ermenilere nifret besleyirdiler. Sumqayit hadiselerinin bas vermesinin sebebi esasen bu intiqam hissi ile bagli idi. Sumqayit ise o zaman senaye seheri idi. Bu seherde esasen gelmeler yasayirdi. Qafandan mecburi cixarilan azerbaycanlilar planlasdirilmis sekilde Sumqayita yerlesdirildiler ve gozlenilmeden Sumqayitda anti-ermeni dalgasi qopdu. Butun bunlar qabaqcadan hazirlanmis ssenarinin terkib hissesi idi. Eslinde, indi kimin muharibeni basladigi onemli deyil. Ermenistan-Azerbaycan konflikti de yeni deyil. Bu konfliktin koku var. Amma Sovet hokumeti uzun muddet bu konflikti bogub saxlaya bilmisdi. Sovetler Ittifaqinin son illerinde, yenidenqurma dovrunde ise hemin konflikt mueyyen quvvelerin komeyi ile yeniden qizisdirildi ve bu Sovetler Ittifaqinin suqutuna boyuk zemin yaratdi. Men yenidenqurma dovrunde, 1987-ci ilde Naxcivanda oldum. O zaman Azerbaycanla Iran arasinda olan serhedi gordum ve dehsete geldim. Serhedin o zaman dovlet ucun ne qeder muqeddes oldugunu hami bilirdi. Amma Naxcivanda bu eksine idi. Azerbaycanla Iran arasinda serhed deyilen bir sey qalmamisdi. Butun serhed menteqeleri dagidilmisdi. Mene orda dediler ki, Naxcivanda Iranla serhed dagidilan zaman butun bunlari musahide eden Sovet herbi qulluqcusunun qorxudan ureyi partlayib olmusdu. Cunki genc rus zabit, serhedci ucun serhed muqeddes idi ve o indiye kimi bele halla qarsilasmamisdi. Hesab edirem ki, Azerbaycan-Ermenistan konfliktinin baslanmasinda birbasa gunahkar merkezi hokumet idi. Gunahi tereflerin ustune atmaq bir az cetin meseledir. Qafanda hadiseler baslayan zaman gerek Qorbacov bunun qarsisini alaydi. O, Qafandaki bohrani vaxtinda bogsaydi, bu hadiseler belke de bas vermezdi. Qorbacov Qarabagda ermeni separatizminin qarsisini almaq evezine, ermenilerin bu veziyyetden sui-istifade etmesine serait yaratdi.
 
- Sumqayit hadiselerini toreden destenin bascilarin biri ermeni Qriqoryan idi. Bu faktin ozu ermenilerin bu isde elinin oldugunu subut etmirmi?
 
- Qorbacovun heyata kecirdiyi siyasetin ozu xarici quvvelerin siyasetinin terkib hissesi idi. Yenidenqurma Sovetler Ittifaqinin dagitmaq ucun qurulan xususi emeliyyatin esasini teskil edirdi. Tebii ki, bu isde xarici quvvelerin rolu boyuk idi. Ermeni dasnaklarinin ve ya xarici quvveler terefinden idare olunan diger teskilatlarin bu isde rolunun olmasi aydindir. Milletlerarasi konfliktleri qizisdirmaq da beynelxalq subyektlerin planina daxil idi. Eyni ile xalq cebhelerinin yaradilmasi da beynelxalq subyektlerin planin terkib hissesini teskil edirdi. Xalq cebheleri coxmilletli Sovetler Ittifaqinda eyni sxemler uzerinde yaradilmisdi. Azerbaycanda, Gurcustanda ve Baltikyani olkelerinde xalq cebhelerinin yaradilmasi eyni merkezin isi idi. Xalq cebhelerinin yaranmasinda “KQB”-nin birbasa istiraki vardi. Bununla “KQB” Sovetler Ittifaqinin dagilmasinda istirak edirdi. Bu is “KQB”-ye sizan xarici kesfiyyatin numayendeleri terefinden aparilirdi.
 
- 1988-1991-ci illerde Azerbaycan Kommunist Partiyasinin ikinci katibi vezifesinde calisan Viktor Polyanicko yaxin dostunuz olub. Qarabag hadiselerinin esas sahidlerinden biri de o idi. Polyanicko Sizinle Qarabag hadiseleri ile bagli hansisa sirri bolusubmu?
 
- Men onunla Efqanistanda tanis olmusam. Polyanicko o zaman Efqanistanda isleyirdi. Daha sonra onu Azerbaycana gonderdiler. Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin ikinci katibi vezifesinde calisan Polyanicko birinci katib Ayaz Mutellibovun yaxin adami idi. Mehz Ayaz Mutellibov onu Qarabagda muharibe zonasina gondermisdi. Elbette ki, o, Azerbaycanin haqli movqeyini mudafie edirdi. Polyanicko haqqinda cox danismaq olar. O, Azerbaycan ugrunda mubarize aparirdi. Ona etimad edilen vezifeni canla-basla yerine yetirmeye calisirdi.
 
- Onun olumu de sirr oldu...
 
- Beli, onu Vladiqafqazda oldurduler. Polyanickonu ora Viktor Cernomirdin gondermisdi. Onun Cernomirdinle yaxsi munasibetleri vardi. Polyanicko Vladiqafqazda xususi numayende idi. Genis selahiyyetleri vardi. Mence, onun olumu silah mafiyasinin isi idi. O, silah qacaqmalciliginin ustunu acmisdi, silah alveri ile mesgul olan kuryeri hebs etmisdi. Ona gore de Polyanickonu aradan goturduler.
 
- 1990-ci ilin 20 yanvarinda Bakida bas veren hadiseleri nece xatirlayirsiniz?
 
- 20 yanvar hadiseleri ile Sovetler Ittifaqi Azerbaycani birdefelik itirmis oldu. Hemin dovrde xalq cebheleri cox guclu idi. Eyni prosesler hem Gurcustanda, hem de Baltikyani olkelerde gedirdi. Qorbacov Bakiya danisiqlara Yevgeni Primakovu, Tiflise ise Iqor Radionovu gondermisdi. Primakov xalq cebhesi ile danisiqlar aparmaq ucun Bakiya getmisdi. Primakovun missiyasi xalq cebhesini oz yolundan dondermek olsa da, o, buna nail ola bilmedi. Danisiqlar ugursuz neticelendi. Cunki Primakovun hemin dovrde hakimiyyetde ele bir nufuzu yox idi. Bundan sonra ise Qorbacov Bakiya qosun yeridilmesi ile bagli emr verdi. Tebii ki, bu emr sifahi verilmisdi. Yazili deyil, mehz sifahi emr vermek tecrubesi sexsen Qorbacovun ideyasi idi. O, Bakiya qosun yeridilmesi emrini bilerekden sifahi vermisdi ki, sonradan mesuliyyetden boyun qacira bilsin. Ona gore de, sonradan Qorbacov verdiyi emr dandi, dedi ki, guya herbi rehberlik ozu bu emri verib. Bu, Qorbacovun mekrli ve hiyleger taktikasi idi. Bu taktika ile mesuliyyetden yayinmaq isteyirdi. Bakiya daxil olan qosunlarin terkibinde menim yaxin dostum Vladislav Ocalov da vardi. O, boyuk bir qrupun rehberi idi. Onun dediklerine gore, Bakiya daxil olanda snayperlerden onlara ates acilib. Bunlar da cavab atesi veribler. Tebii ki, cavab atesi snayperlerin atesinden cox guclu olub. Tanklardan ates aciblar. Neticede coxsayli dinc azerbaycanli helak olub. Butun bu hadiseler xalqin sebrini dasirdi ve musteqilliye aparan yolda boyuk bir addim atildi. Sovet qosunlari ise geri qayitdi. Qosunlar geri qayidanda biz basa dusduk ki, Sovetler Ittifaqi Azerbaycani artiq itirib. 20 yanvar hadiseleri ile bagli da Moskva metbuati duzgun informasiya yaymirdi. Qorbacovun nezaretinde olan KIV-de Bakida ermeni qirginin bas verdiyi yazilirdi. O zaman Moskvada yasayan azerbaycanlilar izdihamli mitinq kecirmisdiler. Onlar informasiya izolyasiyasini qirmaga calisirdilar. Isteyirdiler ki, Sovet ictimaiyyeti eslinde Bakida bas verenlerden xeberdar olsun.
 
- Musahibeleriniz birinde qeyd edirsiniz ki, bir vaxtlar Sovetler Ittifaqini dagidan gucler, indi de Rusiyani parcalamagi planlasdirir. Sovetler Ittifaqini Ermenistan-Azerbaycan, Dagliq Qarabag munaqisesini qizisdiraraq dagitdilar. Bes muasir Rusiyani parcalamaq plani haradan baslayib?
 
- Sovetler Ittifaqinin dagilmasi ilk “narinci inqilab” neticesinde bas verdi. 80-lerin sonu, 90-larin evveli Sovetler Ittifaqinda eslinde “narinci inqilab” bas verirdi. Yenidenqurmanin baslamasi ile QKCP hadiselerine qederki dovr ilk “narinci inqilab”in son merhelesi idi. Bu “soyuq muharibe”de milletlerarasi munaqiseler ehemiyyetli rol oynayirdi. Bu gun de Rusiyada milletlerarasi munasibetler diqqet merkezindedir. Simali Qafqazda veziyyeti gerginlesdirmek, Tataristani ayaga qaldirmaq meylleri movcuddur. Amma Qerbin en boyuk umidi “Bolotni” hadiselerine istiqametlenmisdi. “Bolotni” hadiselerinde birbasa olaraq Putinin hakimiyyetden devrilmesi meselesi ortaya qoyulurdu ve teleb kimi ireli surulurdu. Muasir sertlerde Putinin hakimiyyetden getmesi Rusiya dovletinin parcalanmasi anlamina gelir. Cunki Rusiya merkezlesdirilmis hakimiyyet movcuddur. Putinin etrafinda boyuk guc formalasib. Eger Putin hakimiyyetden uzaqlasdirilsa, o zaman Rusiyada iqtisadi ve milli klanlarin, regionlarin muharibesi baslayacaq. Bu separatizmden de tehlukelidir. Ona gore de, Qerbin bir nomreli vezifesi Putini hakimiyyetden uzaqlasdirmaqdir. Onun hakimiyyetden uzaqlasdirilmasi Rusiya parcalanmasi ucun en boyuk aletdir. Butun bu sanksiyalar, neftin qiymetinin dusmesi Rusiyada ehalinin sosial veziyyetinin pislesmesine ve bu sebebden hakimiyyete bas qaldiracagina, Putini hakimiyyetden devireceyine hesablanib. Bezen bele bir fikirler seslenir ki, Ukraynadaki bohran Rusiyanin parcalanmasina sebeb olacaq. Nece ki, Qarabag hadiseleri Sovetler Ittifaqinin parcalanmasina sebeb olmusdu. Eslinde bele deyil. Cunki Dagliq Qarabag Azerbaycanin terkibinde Sovetler Ittifaqinin erazisi idi. Ukrayna ise musteqil dovletdir. O vaxt Qarabagda ermeni separatizmi bas qaldiranda Qorbacov ermenileri yerinde oturtmaq evezine onlara destek oldu. Bu hadise butun SSRI-ye gosterdi ki, merkezi hakimiyyet zeifdir, ona qulaq asmamaq olar. Ona gore de, Dagliq Qarabag hadiseleri Sovetler Ittifaqinin cokmesine sebeb oldu. Duzdur, Ukraynadaki bohranin Rusiyaya tesiri var, bu tesir sanksiyalarla ozunu gosterir. Amma Rusiyani parcalamaq Ukraynada ve ya diger qonsu olkelerde yerlerde konflikt yaratmaqla deyil, lakin Putinin hakimiyyetden getmesi ile heyata kecirile biler.
 
- Dagliq Qarabag konfliktinin yaxin vaxtlarda helli gozlenilirmi? Konfliktin hellinin acari evvelki kimi yene Kremldedirmi?
 
- Bu konfliktin yaxin vaxtlarda helli gozlenilmir. Azerbaycanin Ermenistanla muqayisede herbi potensiali daha gucludur. Bura hem maddi potensial, hem de insani potensial daxildir. Amma konfliktin herbi yolla da helli mumkun deyil. Muharibe olsa, tebii ki, potensiali cox olan Azerbaycan qelebe qazana biler.Dagliq Qarabag Israil-Felestin munaqisesi kimi helli uzun ceken munaqisedir. Artiq xarici oyuncular bu munaqisenin hansi yolla hell olunmasinda daha cox soz sahibi olmaq ugrunda mubarize aparirlar. Ona gore de bele munaqiselerin helli illerle uzanir. O ki qaldi munaqisenin hellinin acarinin Kremlde olmasi meselesine, deye bilerem ki, Dagliq Qarabag munaqisesinin hellinin artiq bir deyil, iki acari var. Tek acarla bu konflikti hell etmek mumkun deyil. Mumkun hell ucun iki acara sahib olmaq lazimdir. Bir acar Kremlde, diger acar da Ag evde ola biler.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR