Azərbaycanın müxalifət partiyalarının liderləri "Bakı 2015" birinci Avropa Oyunlarının açılış mərasiminə qatılıblar.
"Report"un xəbərinə görə, mərasimdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və başqa partiyaların sədrləri Bakı Olimpiya Stadionunda keçirilən mərasimi canlı izləyiblər.
Milli.Az