Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilib

Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilib
18:18 20 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
20 Yanvar hadisələrinin 25-ci ildönümü günündə şəhidlərimizin məzarlarını ziyarət etməyə axışan insanlar arasında Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsi Raman Bayramov da vardır.
Raman Bayramov AzərTAc-a bildirib ki, bu qanlı hadisələrdən illər keçsə də xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Keçmiş SSRİ rəhbərliyinin qanunsuz olaraq Bakının küçələrinə qoşun yeritməsinə etirazını bildirən dinc sakinlər azğınlaşmış imperiya ordusu tərəfindən gülləboran edilmiş, günahsız insanların həyatına son qoyulmuşdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR