Qanlı Yanvar hadisələri heç vaxt unudulmayacaq

Qanlı Yanvar hadisələri heç vaxt unudulmayacaq
18:18 20 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qanlı aksiya heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Bu gün o müdhiş gecədən 25 il keçməsinə baxmayaraq Şəhidlər Xiyabanına olan insan axını bunun canlı sübutudur.
Bu sözləri Ümumxalq Hüzn Günündə şəhidlərimizin xatirəsini anmağa öz yetirmələri ilə birlikdə gələn “Neftçi” Futbol Klubunun baş məşqçisi Vaqif Əliyev AzərTAc-a müsahibəsində deyib. “Sovet hökuməti 25 il əvvəl Bakıda qanlı aksiya törətməklə xalqımızın milli azadlıq hərəkatını boğmağa çalışırdı. Lakin Azərbaycan xalqı əsl qəhrəmanlıq nümayiş etdirərək təpədən-dırnağadək silahlanmış düşmən ordusunun qabağından qaçmadı. Xalqımız öz qanı bahasına müstəqilliyini əldə etdi”.
Vaqif Əliyev vurğulayıb ki, 20 Yanvar hadisələri rəhbərlikdə olanların əsl simasını açdı. Onların əksəriyyəti faciə baş verən zaman qaçıb gizləndi. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyev o qanlı-qadalı gündə həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və burada keçirdiyi mətbuat konfransında kəskin bəyanat verərək qanlı aksiyanın təşkilatçılarını və icraçılarını ittiham etdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_hadiseleri_hech_vaxt_unudulmayacaq-826151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR