Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq

Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq
18:43 20 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunmuş azadlıq mübarizəsidir. Həmin gün sovet imperiyası xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün onlara qarşı misli görünməmiş qətliam törətsə də, haqq səsimizi boğa bilmədi.
Mərd mübarizlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı İlyas Hüseynov AzərTAc-a müsahibəsində bildirib ki, 20 Yanvar qırğını nə qədər acı bir faciə olsa da, həmin günü qəhrəmanlıq rəmzi kimi xatırlamalıyıq. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan vardır. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buraya gəlir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR