Klubumuz darmadağın edildi

Klubumuz darmadağın edildi
00:01 21 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında CEV Kubokunun 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

ANS PRESS-in məlumatına görə, yarışda Azərbaycanı təmsil edən "Lokomotiv" "Dinamo" ilə cavab görüşünə Krasnodarda çıxıb.

Bakıda rəqibini darmadağın (3:0) edərək böyük üstünlük əldə "dəmiryolçular" bu şansdan yararlana bilməyib. Belə ki, bu dəfə "Dinamo" 3:0 hesablı qələbə qazanıb. Görüşün taleyinə isə “Qızıl set”də aydınlıq gəlinib. Burada isə “Dinamo” qələbə qazanmağı bacarıb - 15:13.

Beləliklə, "Lokomotiv" CEV Kubokunda mübarizəni dayandırıb.

CEV kuboku
1/4 final, cavab oyunu
20 yanvar

Dinamo (Rusiya) - Lokomotiv (Azərbaycan) 3:0 (25:14; 25:19; 25:17)
Qızıl set: 15:13
Hakimlər: Ancelko Popoviç (Serbiya), Sergey Vaytişkoviç (Belarus).
Krasnodar, Olimpiya Sarayı.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR