Göygöldə 5 otaqlı ev, Bakıda "KİA" markalı minik avtomobili yanıb

05:32 21 Yanvar 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 05:14 ]


Bakı-APA. Göygöldə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 130 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "KİA" markalı minik avtomobilində yanğın olub. Nəticədə avtomobilin salonunda oturacaq hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR