30 azərbaycanlı terrorçu saxlanıldı

30 azərbaycanlı terrorçu saxlanıldı
17:51 25 Dekabr 2014
66 Digər
Ölkə mətbuatı
A- A+

Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaric­də münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxla­nılıb.

ANS PRESS-in Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadla verdiyi məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2014-cü ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndiril­məsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsə­dilə xarici xü­susi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 2 əcnəbi vətən­daş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 AR vətəndaşı barədə mü­vafiq tədbirlər görülüb.

Qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cina­yətkar dəstə zərərsizləşdirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR