Mətbəxə keçən kişi alışdı

Mətbəxə keçən kişi alışdı
09:12 21 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region tv) bildirir ki, Samuxda bir nəfər ehtiyatsızlıqdan yanıb.

Hadisə rayonun Əlibayramlı kəndində baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Samux rayon sakini, 33 yaşlı Səxavət Zeynalov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaxınlarının sözlərinə görə, mətbəxdə şkafın üstündən onun üzərinə neft tökülüb. Səxavət Zeynalovun ağzında siqaret olduğundan neft alışıb. Həyat yoldaşı dərhal onun üzərinə su tökərək alovu söndürüb.

Həkimlər Səxavət Zeynalovun vəziyyətinin ağır olduğunu bildirirlər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR