Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Əliyevanın “Şərəf xanım Ər-Rumi və “Divan”ı (tekstoloji-filoloji tədqiqat və mətn)” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər “Elm və təhsil” nəşriyyatında çapdan buraxılmış kitabda XIX əsr Osmanlı ədəbiyyatının tanınmış nümayəndəsi Şərəf xanımın ədəbi irsi mətnşünaslıq və ədəbiyyatşünaslıq baxımından ətraflı tədqiq edilib, şairin şeirlər toplusu - divanının mətni verilib.
Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Azadə Musayevadır.