Davudoğlunun erməni səhvi

Davudoğlunun erməni səhvi
11:01 21 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə baş naziri Əhməd Davudoğlu ermən xalqına müraciət edib.

ANS PRESS-in məlumatına görə, İstanbulda öldürülmüş erməni jurnalist Hrant Dinkin ölümünün 8-ci ilinin qeyd edilməsi ilə bağlı verilən açıqlamasında Türkiyə baş naziri 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni-müsəlman toqquşmalarına da toxunub.

"Türkiyə Respublikasına Osmanlı İmperatorluğundan miras qalmış əhəmiyyətli məsələlərdən birinə duyğu və düşüncələri işıq tutmağa çalışan Hrant Dink aramızdan ayrılalı səkkiz il oldu. Dinkin kədərli ailəsinə və bütün sevənlərinə səbr diləyirik", - deyə Davudoğlu bildirib.

Davudoğlu 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilərə qarşı ciddi səhvlər buraxıldığını iddia edib: “Döyüş şəraitində müraciət edilən məcburi köçürmə siyasətinin 1915-ci il də daxil olmaqla qeyri-insani nəticələr doğurduğunu daha əvvəl də açıqlayan Türkiyə, ermənilərin ağrılarını paylaşmaqda, iki xalq arasında yenidən səmimiyyət qurulması üçün səbr və qətiyyətlə səy göstərir”.

Türkiyə baş nazirinin bu cür yanaşması anlaşılan deyil. Bütün tarixi sənədlər göstərir ki, 19 aprel - 6 may 2015-ji il tarixində Osmanlı imperiyasının Van paşalığında baş vermiş hadisələrin əsas günahkarı ermənilər olub. Həmin vaxt vilayətin əhalisinin 26 faizini ermənilər təşkil edib. Onların Van şəhərində payı nisbətən çox olub və 40 faiz ətrafında dəyişib. Həmin günlərdə Rusiya imperiyası Osmanlıya hücum edib və rus ordusu Bayazit qalasını aldıqdan sonra Vana doğru hərəkət edib. Ermənilər bundan istifadə etmək istəyiblər və 40 minə yaxın silahlı erməni Vana toplaşaraq şəhərdəki türkləri qətlə yetiriblər. Müxtəlif mənbələr 20 minə yaxın türkün öldürüldüyünü bildirir. Şəhər rusların əlinə keçdi, daha sonra Osmanlı yenidən şəhəri qaytardı və avqust ayına qədər şəhər əldən-ələ keçdi. Həmin günlərdə 9 minə yaxın erməni üsyançısı da öldürüldü. Osmanlı imperiyası dinc erməni əhalini döyüş bölgəsindən Aralıq dənizi sahillərinə köçürüb. Yolda erməni köçləri kürd tayfaları tərəfindən qarət edilib, erməni qızları qaçırılıb. Erməni mənbələr köç zamanı 800 minə yaxın adamın öldürüldüyünü və ya qaçırıldığını iddia edirlər.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR