Nalbandyan aktyorluq edir

Nalbandyan aktyorluq edir
11:36 21 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən, ölkəsinin Avropa İttifaqı ilə münasibətlərindən danışıb.

ANS PRESS-in məlumatına görə o, Ermənistan -Avropa İttifaqı əməkdaşlığının 15-ci şura iclasında deyib ki, biz regional problemlərin həllinə xüsusilə maraqlıyıq. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq prosesindəki son vəziyyət qaneedici sayılmalıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərini dəstəkləyirik.

O, özlərini dünyada xoş göstərmək və guya "ədalət"li olduqlarını göstərmək üçün yenə yalana əl atıb və bildirib ki, münaqişənin həlli üçün tərəfimizdən addımlar atılır. Amma hansı addımın atılması barədə erməni nazir konkret bir söz deməyib. Ümumiyyətlə, bu şəxs Minsk qrupunun ünvanına ona görə kompliment söyləyir ki, münaqişənin həllində vaxtın uzadılmasında, status-kvonun saxlanılmasında Ermənistana kömək edən elə Minsq qrupu həmsədirləridir. Çünki, bu vəziyyət ermənilərə sərf edir.

E.Nalbandiyan Avropa İttifaqının nümayəndələri qarşısında xoş görünmək üçün dəridən-qabıqdan çıxıb, "guya Ermənistanda insan hüquqları qorunur, iqtisadi islahatlar aparılır" kimi yalanları həqiqət yerinə elə sırıyıb ki, hətta qonaqlar mat-məhəttəl qalıb. Görəsən, iqtisadiyyatı olmayan ölkədə islahat necə aparılır?

Nazir Avropa İttifaqına yaltaqlanmaq üçün təşkilatın ünvanına təriflər yağdırıb, Ermənistana göstərdikləri köməyə görə minnətdarıq edib, Ermənistan vətəndaşlarının Avropanı bezdirmək üçün vizasız gediş-gəliş barədə dialoqun növbəti mərhələsinə başlamaq niyyətində olduqlarını söyləyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR