Körpə uşaq alverinə görə 3 şübhəli saxlanılıb

Körpə uşaq alverinə görə 3 şübhəli saxlanılıb
21:27 18 İyun 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti körpə uşaq alverində şübhəli bilinən 3 şəxsin saxlanıldığını bildirir.

Milli.Az BBC-yə istinadən bildirir ki, Rustavi Doğum Evinin baş direktoru Aleksandr Baravkov onun müavini Konstantin Mancavidze və daha bir doğum mərkəzinin həmtəsisçisi Mziya Uqrexelidzenin iştirakı ilə baş verən iki halın üstü açılıb.
"İstintaq xidməti körpə uşaqlarla alverin iki halını aşkar edib. İttiham edilənlər birinci halda 3 min lari ( təqribən 1300 ABŞ dolları) ikinci halda isə 5 min dollar alıblar", - xidmətin açıqlamasında deyilir.
Təqsirkar tanındığı təqdirdə saxlanılan şəxslərə 12-dən 17 ilədək həbs cəzası kəsilə bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR