68 yaşlı vətənpərvər nənə interneti "partlatdı" - VİDEO - FOTO

68 yaşlı vətənpərvər nənə interneti "partlatdı" - VİDEO - FOTO
12:37 21 Yanvar 2015
368 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ukraynanın Lvov vilayətində yaşayan Yekaterina Apollinarovna Bilyik indi dünyaca məşhurdur. Onu Ukraynada və Rusiyada "interneti partladan nənə" adlandırırlar.
 
Milli.Az bildirir ki, 68 yaşlı Yekaterina nənə iki nəvəsi ilə birlikdə könüllülər dəstəsinə yazılıb. O, hamı ilə birlikdə təlimlərə qatılıb, avtomatla davranmağın sirlərini öyrənib.
 
Lvov vilayətindəki Jidavoç şəhərinin sakini olan nənə barədə könüllülərin hazırlıq kurslarının rəhbərlərindən biri Natalya İşenko deyib: "Könüllülərin hazırlıq kurslarına qatılmış hər kəs təki, Katerina Appollinarovna da mina təhlükəsizliyi, atıcılıq hazırlığı, müxtəlif yerlərdə izlərin axtarışı və tapılması, ilkin tibbi yardım, rabitə və s. ilə bağlı hazırlıq keçdi. O qətiyyən şikayətlənmədi. Çox qıvraq, gümrah nənədir".
 
Jidavoç şəhərindəki təlim mərkəzində hazırlıq keçmiş K.Bilyik deyib: "İkinci Dünya Müharibəsində ölkəmizi faşistlər işğal etmişdisə, indi də separatçılar və terrorçular işğal etmək istəyirlər. Ukraynanın şərqindəki terrorçularla, separatçılarla vuruşmaq üçün iki nəvəm bu hazırlıq kursuna yazılıb. Onlar döyüşə yollanacaqlar. Mən də hazırlıq keçmək istədim. Ölkəmdə yadelli işğalçılara, separatçılara dözmək niyyətində deyiləm. Gənclərə isə demək istəyirəm ki, vətəni sevmək yaşa baxmır".

Milli.Az
 









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR