Azərbaycanın qızıl medalların sayı 12-yə çatdı Növbəti qızıl medalı taekvondoçumuz Milad Beiqi Harçeqani qazandı

22:53 18 İyun 2015
234 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 18 iyun, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan taekvondoçuları “Bakı-2015”-də Azərbaycanın qızıl medallarının sayını 12-yə çatdırdılar.
AZƏRTAC xəbər verir ki, 80 kiloqram çəki dərəcəsinin final görüşündə Azərbaycan idmançısı Milad Beiqi Harçeqani rusiyalı Albert Qaun ilə qarşılaşıb. İdmançımız rəqibini 9:4 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
İdmançımız həlledici qarşılaşmaya gedən yolda serbiyalı Damir Fejziçi, böyük britaniyalı Lutalo Muhammadı və portuqaliyalı Julio Ferreiranı mübarizədən kənarlaşdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_qizil_medallarin_sayi_12_ye_chatdi_Novbeti_qizil_medali_taekvondochumuz_Milad_Beiqi_Harcheqani_qazandi-865113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR