Məleykə Abbaszadə görüş keçirəcək

Məleykə Abbaszadə görüş keçirəcək
02:56 19 İyun 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

ANS PRESS-in məlumatına görə, Yardımlı şəhərində keçiriləcək qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbul sabah saat 12.00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, H.Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçiblər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara rayon təhsil şöbələrinə, eləcə də TQDK-nın Lənkəran Regional Bölməsinə (Lənkəran ş., H.Aslanov xiyabanı 52, tel.: (025 25) 5-24-82) müraciət ediblər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=351781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR