Dəmir Arni görənləri qorxutdu - VİDEO - FOTO

Dəmir Arni görənləri qorxutdu - VİDEO - FOTO
10:37 19 İyun 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivudun canlı əfsanəsi Arnold Şvarsnegger Hollivudda Madam Tüsso Muzeyində (Madame Tussauds Museum) özünü mum fiqur kimi qələmə verib.

Milli.Az The Inquistr-ə istinadən bildirir ki, 67 yaşlı aktyor "Terminator T-800" obrazında qrimlənmişdi.

Muzeyin tamaşaçıları "mum heykəl"ə yaxınlaşaraq şəkil çəkdirmək istəyəndə "Dəmir Arni" qəflətən "canlanıb".

Bu aksiya A.Şvarsneggerin çəkildiyi və iyulun 2-də ekranlara çıxacaq "Terminator Genisys" filminin marketinq kampaniyası ilə yanaşı, "All Stars" xeyriyyə proqramının bir hissəsidir.

"All Stars" proqramı məktəbli uşaqlar üçün dərsdənkənar məşğələlərin təşkili ilə məşğul olur.

Bu təşkilatın hesabına "Omaze" saytında ianə yatırmağın əvəzində pul verən şəxslərə Kaliforniya ştatının sabiq qubernatorunun imzası olan paltarlar, "Terminator Genisys" filminin premyerasına bilet və ya aktyorun özü ilə görüş təklif olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/photos/351324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR