Bakının “Lokomotiv” voleybol komandası CEV kuboku yarışlarında iştirakını yekunlaşdırıb

Bakının “Lokomotiv” voleybol komandası CEV kuboku yarışlarında iştirakını yekunlaşdırıb
12:53 21 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında növbəti oyununu keçirib.
AzərTAc xəbər verir ki, turnirin dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində “Lokomotiv” səfərdə “Dinamo” (Krasnodar) kollektivinin qonağı olub.
Görüş 3:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Komandalar arasında Bakıda təşkil olunan ilk oyun isə “Lokomotiv”in xeyrinə eyni hesab ilə yekunlaşmışdı.
Qalibi müəyyənləşdirmək üçün “Qızıl set” oynanılıb. Gərgin idman mübarizəsi şəraitində keçən setdə “Dinamo” 15:13 hesabı ilə qalib gəlib. Beləliklə, “Lokomotiv” komandası CEV kuboku yarışlarında iştirakını dayandırıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Lokomotiv_voleybol_komandasi_CEV_kuboku_yarislarinda_istirakini_yekunlasdirib-826314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR